Dondurmadan mazut dadı gəlir?backend

Dondurmadan mazut dadı gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə – hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır.

NOCOMMENT xəbər verir ki, bu sözlər ölkəmizdə dondurma istehsalı ilə məşğul olan Camal LTD şirkətinin internet saytında qeyd olunub.

Amma redaksiyamıza müraciət edən oxucumuz bu cümlənin sadəcə boş söz toplusu olduğuna israr edib.

Şirkətin İCELAND markası altında buraxdığı məşhur Plombir dondurması ucuz olduğu üçün alıcılar tərəfindən daha çox tanınır. Oxucumuz marketdən aldığı plombir dondurmasının isə mazut daddığını və üzərində də mazutu xatırladan qara ləkənin olduğunu bildirib. Özü də sadəcə sonuncu dəfə deyil, bir neçə gün əvvəl aldığı dondurmada da eyni xüsusiyyətli dad “onu unudulmaz edib”.

Redaksiyamıza dondurmanın şəkillərini göndərən oxucumuz bildirib ki, istehsalçı ilə məhsulun üzərində göstərilən nömrəyə zəng vurmaqla əlaqə də saxlayıb. Amma necə deyərlər, onu sadəcə “yola veriblər”.

Bizim şirkətə etdiyimiz telefon zənglərinə isə, ümumiyyətlə, cavab verən olmadı. Ona görə də qarşı tərəfin fikrini də saytda işıqlandırmağa hazırıq, çünki bizə də maraqlıdır: bağlı dondurmanın içinə qara ləkə necə daxil ola bilər? Çox güman ki, istehsal prosesi zamanı baş verən xətanın nətciəsidir. Bəs belə yararsız məhsullar piştaxtalara necə yol tapır? Suallar çoxdur – cavab verən isə yoxdur!