Donuz böyrəyi ilə yeni həyat: Evə buraxıldıbackend

Donuz böyrəyi ilə yeni həyat: Evə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Boston şəhərində bir donuzdan geni dəyişdirilmiş böyrək transplantasiyası alan 62 yaşlı Rik Slayman evə buraxılıb.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki,“Massachusetts General Hospital” tərəfindən edilən şərhdə, 16 martda gerçəkləşən əməliyyatın xəstələrə daha asan orqan tədarükü təmin etmək axtarışında əhəmiyyətli bir mərhələ olduğu ifadə edilib.

Slayman “İllərdir həyatıma təsir edən dializ yükündən azad olaraq ailəm, dostlarım və sevdiklərimlə vaxt keçirməyə davam etməkdən həyəcanlıyam” deyib.

Slaymana köçürülən böyrək müəyyən insan genlərini daxil etmək üçün genetik cəhətdən dəyişdirilmiş bir donuzdan alınıb.