Dövlətə borclu olan "10 manatlıq" şirkət Nazirliyin tenderini uddu

Dövlətə borclu olan "10 manatlıq" şirkət Nazirliyin tenderini uddu

Maliyyə Nazirliyi zəruri olan lisenziyaların uzadılması və bəzi avadanlıqları almaq üçün 738 min 530 manat xərcləyəcək.

NOCOMMENT.az-ın məlumatına görə, bununla bağlı qurum “ONOFF” MMC ilə müqavilə imzalayıb.

Maraqlı məqam budur ki, nazirliyin sövdələşdiyi şirkətin hazırda 9 min manata yaxın vergi borcu var. “ONOFF” MMC-nin qanuni təmsilçisi Emil İbrahimov, nizamnamə kapitalı isə 10 manatdır.

Qeyd edək ki, qanunvericiliyə görə, vergi borcu olan şirkətin dövlət satınalmalarında iştirakı yolverilməzdir.(plat.az)