Ətin qiyməti ilə bağlı SON DƏQİQƏ - Ekspertdən önəmli açıqlama

Ətin qiyməti ilə bağlı SON DƏQİQƏ - Ekspertdən önəmli açıqlama

"Heyvanların ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınması qida təhlükəsizliyinin təmin olunması üçün həlledici şərtdir".

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən qida təhlükəsizliyi eksperti İlkin Şirinov bu addımı vaxtında və düzgün qiymətləndirib. Onun sözlərinə görə, qərarın əsas məqsədi heyvanların sağlamlığını və rifahını qorumaq, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və nəticədə istehlakçılara daha keyfiyyətli ət məhsullarının çatdırılmasına nail olmaqdır: "Uyğun olmayan nəqliyyat vasitələrində həddindən artıq heyvanın daşınması onların stress keçirməsinə, xəsarət almasına və ətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İxtisaslaşdırılmış nəqliyyat vasitələri isə beynəlxalq standartlara uyğun şərait yaradaraq bu riskləri minimuma endirir".

"Çinar" süd məhsullarının şorundan çı...



İlkin Şirinov qərarın ətin qiymətinin artmasına səbəb olacağı barədə fikirlərə də münasibət bildirib. Ekspert qeyd edib ki, daşınma düzgün təşkil olunduqda xərclər bölünür və maliyyə yükü azalır: "Daşınma düzgün təşkil olunduqda, bir neçə sahibkarın eyni ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən istifadə etməsi xərcləri bölüşdürür və əlavə maliyyə yükünün qarşısını alır". İlkin Şirinov sonda əlavə edib ki, AQTA qərarın icrasına nəzarət edərkən sahibkarların maraqlarını da nəzərə almalı, elə bir mexanizm qurmalıdır ki, süni qiymət artımı və əsassız xərclər formalaşmasın, beləliklə həm qida təhlükəsizliyi, həm də sahibkarların qanuni maraqları qorunsun.

Əli Səfərli,
NOCOMMENT.az