Dünən içən şəxsi polis bu gün saxlaya bilər?backend

Dünən içən şəxsi polis bu gün saxlaya bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkəsində avtomobili sərxoş idarə etməyə görə sərt cəzalar tətbiq edilir.

Azərbaycanda da bununla bağlı sərt tədbirlər görülür. Sərxoş halda avtomobil idarə edənlər yüksək miqdarda – 400 manat məbləğində cərimə edilir, sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılır. Dünyanın bir çox ölkəsində qanda 0,5 promildən artıq spirt aşkarlanarsa, sürücü cərimələnir.

Bəs Azərbaycanda vəziyyət necədir? Spirt sərhədi nə qədərdir? Məsələn, bir şəxs dünən içibsə, bu gün sükan arxasına keçib əyləşə bilərmi ?

NOCOMMENT.az xəbər verir ki, Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib:

“Qanda alkoloqun (etil spirtinin) konsentrasiyası müayinə vaxtı 0.3promil və daha yüksək çıxırsa, həmin şəxsin sərxoş olduğu müəyyən edilir. Bu qayda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilib”.

Həmsöhbətimiz həmçinin sürücülərin “dünən və daha əvvəl içmişəm” sözlərinə də münasibət bildirib:

“Şəxs inzibati məsuliyyətdən yayınmaq üçün bildirir ki, dünən içmişəm, 2 gün öncə içmişəm. Bunlar nəzərə alınmır. DYP əməkdaşları müayinənin nəticəsinə, yəni qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmiş vəziyyətə hüquqi qiymət verir”.