Dünya bazarlarında neft və təbii qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 67,73 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,98% artaraq 64,05 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,33% artaraq 2,748 ABŞ dolları təşkil edib.