Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,97% azalaraq 1 barelə görə 64,23 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında may ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,9% azalaraq 60,91 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,1% azalaraq 2,598 ABŞ dolları təşkil edib.