Dünya bazarlarında neftin ucuzlaşması və təbii qazın bahalaşması davam edirbackend

Dünya bazarlarında neftin ucuzlaşması və təbii qazın bahalaşması davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,61% azalaraq 1 barelə görə 40,27 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,84% azalaraq 37,78 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,10% artaraq 1,594 ABŞ dolları təşkil edib.