Dünya statistikasında kişi həkimlər, Azərbaycan reallığında isə… – Terapevtdən maraqlı yanaşmabackend

Dünya statistikasında kişi həkimlər, Azərbaycan reallığında isə… – Terapevtdən maraqlı yanaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada həkimlərə olan tələbat artmaqdadır.

OECD-nin 2023-cü il hesabatına görə, yaşlı əhalinin artması inkişaf etmiş ölkələrdə həkim çatışmazlığını gündəmə gətirib. Bu vəziyyət həkimlərin iş yükünü artırır və səhiyyə sistemlərinin davamlılığını təhlükə altına alır.

Digər tərəfdən, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kişi həkimlərinin sayının qadınlara nisbətən daha çox olduğu düşünülür. Bəs, bu disbalansın səbəbi nədir?

Günay Lətifova

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan həkim-terapevt Günay Lətifova maraqlı nüanslara toxunub:

“Tibb uzun illər təhsil, iş həyatı, davamlı oxumaq və işləmək deməkdir. Kişi və ya qadın olmasından asılı olmayaraq, bu peşəni seçən hər kəs uzun və əziyyətli bir yolu keçməli olduğunu bilir.

Subyektiv fikrimcə, Azərbaycanda qadın həkimlərin sayı kişilərə nisbətən daha çoxdur. Çünki Azərbaycan qadını güclüdür, həm təhsil, həm iş, həm də ailə həyatını tarazlaya bilir.

Dünya statistikasına görə, kişi həkimlərin sayı çox ola bilər, amma Azərbaycanda bunun belə olmadığını deyə bilərəm. Səbəb isə odur ki, bu sahədə irəliləmək uzun və çətin bir yoldur.

Düşünürəm ki, qadınlarımız bu çətinliyin öhdəsindən daha layiqincə gəldikləri üçün xanım həkimlərin sayı kişilərə nisbətdə daha çoxdur.”