Birləşmiş Ştatlar Şimali Atlantika Alyansının (NATO) hərbi əməliyyatlarında iştirak payını əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır. Vaşinqton bu addımla Avropa dövlətlərinə öz müdafiələri üçün daha çox məsuliyyət daşımalı olduqları barədə açıq siqnal verir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası hər hansı ciddi böhran və ya hərbi münaqişə baş verəcəyi təqdirdə, NATO əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulan Amerika silahlı qüvvələrinin sayını (kontingentini) azaltmağı planlaşdırır. Rəsmi Vaşinqton tərəfindən qəbul edilən bu strateji dəyişikliyin və yeni hərbi planın cari həftənin cümə günü Brüsseldə keçiriləcək görüşdə alyans üzrə müttəfiqlərə rəsmən elan olunacağı gözlənilir.
Sara,











