ABŞ hərbi qüvvələrinin İranın strateji əhəmiyyətli Qeşm adasına endirdiyi silsilə zərbələrdən sonra bölgədən yayılan ilk görüntülər vəziyyətin ciddiliyini ortaya qoyur.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə və yerli mənbələrdə yayılan videolarda adadakı hərbi infrastrukturun və SEPAH-a məxsus baza obyektlərinin bir qisminin ciddi ziyan gördüyü əks olunub. Qara tüstünün bürüdüyü obyektlər və dağıntı zonaları bölgədəki hərbi aktivliyin miqyasını nümayiş etdirir.
Qeyd edək ki, Hörmüz boğazının girişində yerləşən Qeşm adası İranın hərbi-dəniz qüvvələri üçün ən kritik nöqtələrdən biridir. Burada yerləşdirilən raket batareyaları və sahil müdafiə sistemləri regionda gəmiçiliyə birbaşa təsir imkanına malikdir. ABŞ-ın bu nöqtəni hədəf alması, İranın boğazı bağlamaq cəhdlərinə qarşı cavab addımı kimi qiymətləndirilir.
Mənbələr bildirir ki, hazırda adada və ətraf sularında hərbi hərəkətlilik davam edir, sakinlərin əksəriyyəti isə təhlükəsizlik məqsədilə daxili rayonlara doğru evakuasiya olunur.
Tunar,











