Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində ölüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.











