Ukraynanın ABŞ-dakı səfiri istefasını tələb etdi

Ukraynanın ABŞ-dakı səfiri istefasını tələb etdi

Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina istefa verməyi xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, Stefanişina xidmətinin şəxsi səbəblərlə əlaqədar başa çatdırılmasını hələ keçən həftə xahiş edib.

Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, Ukraynanın ABŞ-dakı nümayəndəsi vəzifəsini ölkənin Baş naziri Yuliya Sviridenko istefasından sonra tuta bilər. O, Vaşinqtondakı diplomatik missiyanın rəhbərinin dəyişdirilməsinin məcburi bir addım olduğunu qeyd edib. Eyni zamanda, parlamentari bunu indiki vəziyyətdə məntiqli addım adlandırıb.

İyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski bir ildən az müddətdə işləyən Baş nazir Yuliya Sviridenkonun istefası və digər kadr dəyişiklikləri barədə qərar qəbul edib və bunu "siyasi strategiyanın dəyişməsi" ilə əsaslandırıb. Ukraynada Sviridenkonun istefasının mümkün səbəbləri arasında onun zəif siyasi çəkisi və korrupsiyada ittiham olunan prezident ofisinin sabiq rəhbəri Andrey Yermakla yaxınlığı göstərilir. Xələfinin adı hələ açıqlanmayıb, lakin bir neçə namizəd var.