Birləşmiş Ştatlar İrana məxsus limanlara yönələn və dəniz ticarətini hədəf alan tam dəniz blokadasını aktiv şəkildə icra etməkdədir. Vaşinqton bu addımla Tehranın dəniz yolları vasitəsilə həyata keçirdiyi idxal-ixrac əməliyyatlarını tamamilə iflic etməyə çalışır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbi dəniz qüvvələri tərəfindən indiyədək İrana yük daşıyan və ya bu ölkədən çıxan ümumilikdə 89 kommersiya (ticarət) gəmisinin marşrutu məcburi şəkildə dəyişdirilib.
CENTCOM qüvvələri dənizdə xüsusi reydlər və nəzarət tədbirləri həyata keçirməklə, həmin ticari gəmilərin İran limanlarına daxil olmasına və ya oradan mal çıxarmasına qəti şəkildə mane olur. Bölgədə hərbi gərginliyin yüksək həddə çatdığı və dəniz blokadasının daxili bazarlara təsirlərinin artdığı bildirilir.
Sara,
NOCOMMENT.az











