Benzin bahalaşdı - Qardaş ölkədə

Benzin bahalaşdı - Qardaş ölkədə

Türkiyədə yanacağın qiymətində növbəti artım qeydə alınıb. Qlobal neft bazarlarındakı dalğalanmalar, valyuta məzənnəsindəki hərəkətlilik və xüsusi istehlak vergisi tənzimləmələri fonunda benzinin qiyməti yenidən qalxıb.

NOCOMMENT.az xəbər verir ki, 15 iyul tarixindən etibarən benzinin bir litrinin qiymətinə 1 lirə 55 quruş əlavə edilib.

Gecə yarısından etibarən qüvvəyə minən bu artım artıq yanacaqdoldurma məntəqələrinin tablolarında əks olunub. Ekspertlər beynəlxalq bazarda "Brent" markalı neftin qiymətindəki qeyri-sabitliyin və dolların məzənnəsinin yanacaq xərclərini artırmaqda davam edəcəyini bildirirlər.\\metbuat.az