ABŞ Zelenskidən Yermakla bağlı bunu TƏLƏB EDİB – ŞOK DETALLAR BİLİNDİ

ABŞ Zelenskidən Yermakla bağlı bunu TƏLƏB EDİB – ŞOK DETALLAR BİLİNDİ

ABŞ administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskiyə, xüsusilə Donald Trampla uğursuz alınmış Ağ Ev görüşündən sonra Prezident Ofisinin rəhbəri Andrey Yermakı vəzifədən uzaqlaşdırmağı tövsiyə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The Telegraph öz mənbələrinə istinadla yazır.

Britaniya nəşrinin məlumatına görə, görüşün gərgin keçməsinə və Tramp ilə Yermak arasında söz atışmasına qismən səbəb Ukrayna rəsmisinin ingilis dilini yetərincə bilməməsi olub.

Qeyd olunur ki, Financial Times-ın məlumatına əsasən, məhz Yermak Zelenskini bu görüşə israrla razı salıb. Onun dialoq strategiyası isə tərəflər arasında gərginliyə yol açıb.

Telegraph-ın mənbələrindən biri bildirib ki, Yermak artıq Vaşinqtonda “iki partiyanı da qıcıqlandıran fiqura” çevrilib:

“Həm respublikaçılar, həm də demokratlar Yermakın sərt və öyüdverici üslubundan bezib”.

Nəşrə görə, Yermakın istefasını dəstəkləyənlər təkcə ABŞ rəsmiləri olmayıb. Məlumata əsasən, Kiyevin bəzi Avropa müttəfiqləri də onun vəzifədən uzaqlaşdırılmasını məqsədəuyğun hesab ediblər.