Bakının məşhur istirahət mərkəzlərindən sayılan “Sea Breeze” çimərliyinə gedən yolda bu gün güclü tıxac qeydə alınıb. İsti yay günündə dəniz kənarına üz tutan yüzlərlə sürücü və sərnişin saatlarla yollarda qalmalı olub.
NOCOMMENT.az-ın məlumatına görə, ərazidə yaranan sıxlığa əsas səbəb həm çimərliyə üz tutan istirahətçilərin sayının həddindən artıq çox olması, həm də yolun müəyyən bir hissəsində aparılan təmir-bərpa işləridir. Eyni zamanda bu günlərdə ərazidə keçirilən irimiqyaslı musiqi festivalı ilə əlaqədar sərnişin axını pik həddə çatıb.
Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi videomaterialda da aydın görünür ki, avtomobillər uzun növbələr yaradaraq hərəkətsiz qalıb, bəzi vətəndaşlar isə avtomobillərdən düşərək çarəni piyada irəliləməkdə və ya yaranmış vəziyyəti tənzimləməkdə görürlər. Sürücülər siqnal səsləri ilə yaranmış vəziyyətə etirazlarını bildirirlər.
Həmin ərazidən çəkilmiş eksklüziv görüntüləri təqdim edirik:
Minval.info











