“Buna görə Ukraynaya cavab verəcəyik”

“Buna görə Ukraynaya cavab verəcəyik”

“İran Xəzər dənizində ticarət gəmisinə endirilən zərbəyə görə Ukraynaya cavab verəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Fars News” agentliyinə İran Parlamenti sədrinin müavini Əli Nikzad məlumat verib.

“Ölkəmizə və ərazimizə qarşı təcavüzün həyata keçirildiyi hər bir nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək. Ukrayna hökumətinin bu uzaqgörən olmayan addımı cavabsız qalmayacaq”, – deyə o vurğulayıb.

Məlumata görə, İranın ticarət gəmisi şənbə günü səhər saatlarında hücuma məruz qalıb. Hadisə nəticəsində bir neçə dənizçi yaralanıb.

İran Xarici İşlər Nazirliyi hücumu BMT Nizamnaməsinin 4-cü maddəsinin pozulması və gərginliyi artıracaq “təcavüz aktı” adlandırıb. Hadisədən dərhal sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb. Ona rəsmi şəkildə qəti etiraz bildirilib və İran vətəndaşlarına qarşı hər hansı hücumun cavabsız buraxılmayacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ də Qara dənizdəki hücumlarla bağlı Ukraynaya xəbərdarlıq etmişdi.