Almaniya müharibəyə qatılır?  - Şoltsdan sensasion açıqlama

Almaniya müharibəyə qatılır? - Şoltsdan sensasion açıqlama

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının Rusiya-Ukrayna münaqişəsindəki mövqeyinə dair prinsipial açıqlama verib. O, Aİ-nin münaqişədə vasitəçi deyil, Ukraynanın tərəfdaşı olduğunu vurğulayıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Şolts Ukraynanın suveren hüquqlarına diqqət çəkərək bildirib: "Ukrayna zərərçəkən tərəfdir və sonda kimin onun yanında duracağını və danışıqları aparacağını məhz Ukrayna özü müəyyən edir".

Almaniya kanseri Avropa İttifaqının statusuna aydınlıq gətirərək, birliyin neytral mediator rolunda olmadığını bəyan edib: "Avropa İttifaqı neytral üçüncü tərəf və ya vasitəçi deyil; əksinə, biz Ukraynanın tərəfində çıxış edən bir tərəfik. Məhz buna görə də, Ukrayna özü üçün və özü ilə birlikdə danışıqları kimin aparacağına özü qərar verir".

Şoltsun bu bəyanatı, xüsusilə də Rusiya-Ukrayna arasında mümkün sülh danışıqları fonunda Avropanın siyasi kursunun dəyişməz qaldığını və Kiyevə tam dəstəyin davam edəcəyini göstərir. Bu mövqe Qərbin Ukrayna münaqişəsində tərəfsizlik siyasəti yürütmək əvəzinə, Ukraynanın strateji maraqlarını müdafiə etməyi prioritet saydığını təsdiqləyir.

Əli Səfərli, NOCOMMENT.az