ABŞ-nin “Kolambus Kryu” klubundan 1 illik icarə əsasında Türkiyənin “Ərzurumspor” komandasına keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin müqaviləsində xüsusi bənd yer alıb.
NOCOMMENT.az xəbər verir ki, Superliqa klubu qarşıdakı mövsümün sonunda, yəni, 2027-ci ilin yayında 22 yaşlı hücumçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Forvard öz çıxışı ilə məşqçilər korpusunun etimadını doğrultsa, daimi əsaslarla Türkiyə klubunun heyətinə cəlb oluna bilər.
Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kryu” klubuna bu ilin fevral ayında “Qarabağ”dan keçib. Onunla 3,5 illik müqavilə imzalanıb.











