Amerikalı jurnalist Taker Karlson iddia edir ki, “The Wall Street Journal” qəzeti Ukrayna Prezident Ofisi rəhbəri Andriy Yermakın şəxsi korrupsiyasını üzə çıxaran materialları yaymır.
NOCOMMENT.az xəbər verir ki, Karlsonun sözlərinə görə, qəzet bu sübutları açıqlamır, çünki Yermak Trampın sülh planını pozmaq üçün Ukrayna səylərinə rəhbərlik edir.
Həmçinin jurnalist qeyd edir ki, qəzetin sahibləri olan Murdoch ailəsi Rusiya ilə müharibəni davam etdirmək üçün qəzetdən istifadə edir.
Bundan başqa, Karlson vurğulayır ki, bu gizlətmə siyasəti ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynadakı hadisələr barədə düzgün məlumat əldə etməsinə mane olur.












