Braziliya Futbol Konfederasiyası 2026-cı il dünya çempionatındakı uğursuz çıxışa baxmayaraq, baş məşqçi Karlo Ançelotti ilə yolları ayırmayıb.
NOCOMMENT.az xəbər verir ki, tanınmış jurnalist Fabritsio Romano italiyalı mütəxəssisin komandada qalacağını bildirib. Tərəflər mövcud müqavilə çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Ançelotti 2025-ci ildə Braziliya yığmasının baş məşqçisi təyin olunmuşdu. Braziliya DÇ-2026-da 1/8 finalda Norveçə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.











