Bütün dünya Ərdoğanın o hədiyyəsindən danışır - İlk dəfə görüntüləndi - FOTO

Bütün dünya Ərdoğanın o hədiyyəsindən danışır - İlk dəfə görüntüləndi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində alyans liderlərinə üzərində şəxsi qravüralar olan revolverlər və patron qutuları hədiyyə edib.

NOCOMMENT.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, lakin Böyük Britaniyanın Baş naziri Kir Starmer bu hədiyyəni öz ölkəsinə apara bilməyib. Britaniya qanunvericiliyinə görə odlu silahın ölkəyə gətirilməsi qadağan olunduğu üçün hədiyyə ilə bağlı problem yaranıb. Məlumata görə, Ərdoğan silahın Türkiyədən ixracı üçün xüsusi icazə sənədi təqdim etsə də, bu, Britaniya sərhəd-keçid qaydalarını dəyişməyib. Nəticədə, Starmerə verilən revolverin "döyüş vəziyyətindən çıxarılması" (deaktivasiya olunması) üçün lazımi addımların atılacağı bildirilir.

Əli Səfərli,

NOCOMMENT.az