İsrailin baş naziri Benyamin Netanyahu CBS telekanalının məşhur “60 Minutes” verilişinə müsahibəsində İranın yeni ali rəhbəri Müctəba Xameneyi ilə bağlı diqqətçəkən iddialar irəli sürüb.
Netanyahu son vaxtlar müzakirə mövzusu olan Müctəba Xameneyinin vəziyyəti və rejimin gələcəyi barədə sualları cavablandırıb.
NOCOMMENT.az xəbər verir ki, baş nazir Müctəba Xameneyinin sağ olduğuna inandığını, lakin onun ciddi şəkildə kənardan təcrid olunduğunu bildirib. Netanyahu qeyd edib ki, hazırda gizlənən və öz nüfuzunu bərpa etməyə çalışan Müctəba heç vaxt atasının sahib olduğu mütləq gücə və təsir imkanlarına malik olmayacaq.
Netanyahunun sözlərinə görə, ali rəhbər ətrafında yaranan bu qeyri-müəyyənlik İran rejimi daxilində parçalanmanı və xaosu dərinləşdirib. O, həmçinin əlavə edib ki, Tehrandakı idarəetmə sistemində yaranan bu boşluq və daxili çəkişmələr bölgənin təhlükəsizliyi baxımından "o qədər də pis bir şey deyil".
Sara,
NOCOMMENT.az












