Bakıdan gedən ermənidən XƏBƏR var

Bakıdan gedən ermənidən XƏBƏR var

Ermənistanın diaspora məsələləri üzrə komissarı Zare Sinanyan Bakının təhvil verdiyi məhkum Vigen Euljekçyanın səhhəti ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Sinanyanın sözlərinə görə, Vigenin sağlamlığında ciddi problemlər var: “Bel və boyun nahiyəsi breketdə olan Euljekçyanın gələcəkdə cərrahi əməliyyata ehtiyacı olacaq. Buna baxmayaraq, onun psixoloji durumu stabildir və əhval-ruhiyyəsi yaxşıdır.

O, hazırda Ermənistanda olmasından məmnunluq duyur.

Qeyd olunub ki, Vigen Euljekçyan Ermənistanda qalmaq niyyətindədir. Həmçinin yaxın vaxtlarda onun həyat yoldaşı ilə görüşünün baş tutacağı gözlənilir. musavat.com