Maduronun məhkəməsinin tarixi məlum oldu

Maduronun məhkəməsinin tarixi məlum oldu

Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin məhkəmə prosesinin gələn ilin iyun ayının 1-də başlaması nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nyu-York məhkəməsi qərar çıxarıb.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.