Samuxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, həadisə rayon ərazisində baş verib.
Qəza zamanı sürücünün idarəetməni itirəməsi nəticəsində avtomobil hasara çırpılıb.
Hadisə zamanı 42 yaşlı Elşən Əliyev və 38 yaşlı Sabir Hüseynov xəsarət alıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.











