Benzin satışına sərt məhdudiyyətlər qoyuldu - Qonşu ölkədə

Benzin satışına sərt məhdudiyyətlər qoyuldu - Qonşu ölkədə

Rusiya Federasiyasının Nijni Novqorod vilayətində daxili bazarda yaranan kəskin qıtlıq səbəbindən avtomobil yanacağının satışına rəsmi limitlər tətbiq edilməyə başlanıb. Bölgədəki yanacaqdoldurma məntəqələrində (YDM) artıq kütləvi sıxlıq müşahidə olunur.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, yerli rəhbərliyin və yanacaq şirkətlərinin qərarına əsasən, vilayət ərazisində bir avtomobil üçün cəmi 20 litr benzin və ya 40 litr dizel yanacağının satışına icazə verilir. Müəyyən olunmuş bu normadan artıq yanacaq doldurulması qəti qadağan edilib.

İqtisadi və hərbi ekspertlər Nijni Novqorodda yaranan bu kəskin böhranı regionda yerləşən və Rusiyanın ən böyük neft emalı zavodlarından (NEZ) biri hesab olunan "Lukoyl Nijeqorodnefteorgsintez" (Kstovo NEZ) müəssisəsinin pilotsuz təyyarə zərbələri və texniki nasazlıqlar səbəbindən fəaliyyətini qismən dayandırması ilə əlaqələndirirlər. Zavodun istehsal gücünün kəskin aşağı düşməsi vilayətin logistika və kənd təsərrüfatı sektoruna, xüsusilə də daxili təminata ciddi zərbə vurub. Hazırda vəziyyətdən çıxış üçün qonşu regionlardan rayona təcili yanacaq qatarlarının yönləndirilməsinə çalışıldığı bildirilir.

Sara

NOCOMMENT.az