London ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə mənfi təsir göstərmək üçün onu diskreditasiya etməyə çalışa bilər. (Diskreditasiya – bir şəxsin nüfuzunu zədələmək, etibarsız göstərmək deməkdir.)
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatında bildirilib.
Məlumata görə, Britaniya Tramp və ailə üzvlərinin Sovet və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə saxta iddialar yaratmaq niyyətindədir.
Qeyd edilib ki, eks-Britaniya kəşfiyyatçısı K. Stil tərəfindən hazırlanmış saxta “dosye”nin yenidən təqdim olunması planlaşdırılır. Bu dosyedə Trampın və ailə üzvlərinin Sovet və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə ittihamlar yer alır.
SVR eyni zamanda qeyd edib ki, Tramp “öz müttəfiqlərinə saxta və əvvəllər təkzib olunmuş iddiaları istifadə etməyə cəhd etdiklərinə görə lazımi cavabı verəcək”.











