Xəbər verdiyimiz kimi, Bakıda evdən kişi və həyat yoldaşının meyitləri tapılıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.
O, arvadını qətlə yetirdikdən sonra zirzəmiyə enərək öz həyatına son qoyub.
Qonşuların sözlərinə görə, Coşqun Bağırov 1 ay əvvəl həbsdən çıxıbmış. Hadisə baş verəndən bir gün qabaq Coşqun iki övladını qohumlarından birinin evinə göndərib. Hadisə vaxtı evdə Coşqun və Nübar ikisi olublar. Qətl hadisəsi də həmin vaxt baş verib.
O da məlum olub ki, Çoşqun həbsdən çıxdıqdan sonra Nübar onunla barışmaq istəməsə də, anası onları yenidən bir araya gətirib. Bundan sonra ana Rusiyaya köçüb.
Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.
Ətraflı "Xəzər Xəbər"in videomaterialında:











