“Cənubi Qafqaz regionunda lider Gürcüstandır”.
NOCOMMET.az xəbər verir ki, bu fikir Beynəlxalq Valyuta Fondunun açıqlamasında deyilir.
BVF açıqladığı məlumatlara görə, bu il Ermənistanın adambaşına düşən ÜDM-i təxminən 8970 dollar təşkil edib:
“Cənubi Qafqaz regionunda lider Gürcüstandır. Burada adambaşına düşən ÜDM 10130 dollardır”.
Azərbaycanda bu rəqəm 7370 dollar, Türkiyədə 18200 dollar, Rusiyada 17450 dollar, digər qonşumuz İranda isə 4070 dollardır.
Qeyd edək ki, BVF-nin digər proqnozuna görə, Ermənistanın real ÜDM artımı bu il 5 faiz, gələn il isə 5,5 faiz olacaq.
Qeyd edək ki, Cari ilin yanvar-sentyabr aylarında ölkəmizdə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artıb.
ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.
Əntiqə Rəşid












