Şahdağ Milli Parkında müəmmalı görüntülər: Qan izləri və… - VİDEO

Şahdağ Milli Parkında müəmmalı görüntülər: Qan izləri və… - VİDEO

Ölkənin ən iri qoruqlarından biri olan Şahdağ Milli Parkı ərazisində çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə və ciddi narahatlığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, yayılan kadrlardan aydın görünür ki, milli parkın dağlıq və sıldırımlı qayalıq hissəsində daşların üzərində qana bənzər qırmızı ləkələr mövcuddur.

Təbiətin qoynunda qeydə alınan bu müəmmalı mənzərə sosial şəbəkə istifadəçiləri arasında müxtəlif fərziyyələrin yaranmasına yol açıb. Vətəndaşlar sözügedən görüntülərin dəqiqləşdirilməsi və məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılaraq ictimaiyyətə rəsmi məlumat verilməsini tələb edirlər.

Sara