“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - VİDEO

“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - VİDEO

“Srvena Zvezda”nın baş məşqçisi Deyan Stankoviç UEFA Çempionlar Liqasının oyununda qırmızı vərəqə alıb və komandanın azarkeşləri ilə mübahisə edib.


NOCOMMENT.az xəbər verir ki, hadisə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) ilə cavab görüşündə baş verib. Serbiya təmsilçisi matçda 0:2 hesabı ilə uduzub. İlk görüşdə də “Srvena Zvezda” 0:1 hesabı ilə məğlub olmuşdu.

57-ci dəqiqədə baş hakim Qlenn Nüberg “Srvena Zvezda”nın lehinə penalti təyin etməyib. Hakimin qərarına sərt etiraz edən 47 yaşlı Stankoviç onunla mübahisəyə girib. İsveçli referi buna görə mütəxəssisə qırmızı vərəqə göstərib.

Meydandan kənarlaşdırıldıqdan sonra Stankoviç tüpürüb, söyüş söyərək tribunaların altındakı hissəyə yollanıb. Azarkeşlər baş məşqçini fitə basmağa başlayıblar. Serbiyalı mütəxəssis isə onlara jestlərlə cavab verib. O, əlini yelləyərək daha yüksək səslə fit çalmağa çağırıb, daha sonra əlini qulağına apararaq onları eşitmədiyini göstərib.

61-ci dəqiqədə İsrail təmsilçisi qol vurub. Bundan sonra “Srvena Zvezda” azarkeşləri “Rəhbərlik, istefa!” şüarı səsləndiriblər.

Qeyd edək ki, “Hapoel Beer-Şeva” ÇL-in pley-off mərhələsində “Sabah”a rəqib olub./QOL.az