ABŞ-nin Massaçusets və Nyu-Hempşir ştatlarının sərhədi yaxınlığında, atmosferdə 300 ton trotyul ekvivalentində gücə malik meteorit parçalanıb. Bu barədə NASA rəsmi məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinə (NOAA) məxsus "GOES-19" peyki şənbə günü, mayın 30-da yerli vaxtla saat 14:06-da (Bakı vaxtı ilə saat 22:06-da) güclü səs ilə müşayiət olunan parlaq bolid qeydə alıb.
NASA-nın "X" sosial şəbəkəsindəki rəsmi hesabında edilən açıqlamada bildirilir ki, meteor təxminən 40 mil (təbii olaraq 64 kilometr) yüksəklikdə parçalanıb. Parçalanma zamanı ayrılan enerjinin təxminən 300 ton trotyul ekvivalentində olduğu və ətrafa yayılan dəhşətli gurultunun məhz bu səbəbdən qaynaqlandığı vurğulanır.
Sara











