Polşanın paytaxtı Varşavanın Bemovo hava limanı yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Hadisə hava gəmisinin eniş etməyə cəhd göstərdiyi zaman baş verib. Təyyarə gözlənilmədən sürücülərin təlim mərkəzinin yaxınlığındakı əraziyə çırpılıb.
NOCOMMENT.az xəbər verir ki, Varşava Yanğından Mühafizə İdarəsinin mətbuat qrupu hadisə ilə bağlı açıqlamasında qəzanın mülki aviasiya sahəsində qeydə alındığını təsdiqləyib: "Təyyarə hava limanına çatmayıb. Bizdə olan məlumata görə, təəssüf ki, hazırda hadisə yerində iki nəfərin ölümü təsdiqlənib".
Hazırda hadisə yerində xilasetmə qrupları və müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Sara,
NOCOMMENT.az











