Ölümündən sonra təltif edilən polkovniklər...

Ölümündən sonra təltif edilən polkovniklər...

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var.

NOCOMMENT.az xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır.

Tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu və polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.