Dəhşətli təyyarə qəzası - Sərnişinlərin hamısı öldü - Bu ölkədə

Dəhşətli təyyarə qəzası - Sərnişinlərin hamısı öldü - Bu ölkədə

Baham adalarında “Flaminqo Eyr” (Flamingo Air) aviaşirkətinə məxsus "Cessna 402" yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

NOCOMMENT.az xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 10 nəfər həlak olub.

Hadisə arxipelaqın ən böyük adasının Nort-Andros rayonunda baş verib.

Təyyarə qəzası nəticəsində göyərtədə olan 9 nəfər hadisə yerindəcə həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Baham adalarının Aviasiya Nazirliyi araşdırma müddətində aviaşirkətə daşımaları həyata keçirməyi qadağan edib.\\report.az