ABŞ Prezidenti Donald Tramp İrandan qaynaqlanacaq mümkün sui-qəsd cəhdi ilə bağlı sərt mövqeyini ortaya qoyub.
NOCOMMENT.az xəbər verir ki, o bu barədə "Truth Social" hesabında paylaşım edib.
Tramp qeyd edib ki, min raket istifadəyə hazır vəziyyətdədir və İranı hədəf alıb:
“İran hökuməti dünyanın müxtəlif yerlərində səsləndirdiyi təhdidi həyata keçirərək ABŞ-ın fəaliyyətdə olan prezidentini, yəni məni öldürər və ya öldürməyə cəhd göstərərsə, onların ardınca daha minlərlə raket gələcək”.
ABŞ prezidenti vurğulayıb ki, bununla bağlı göstərişlər artıq verilib:
“ABŞ ordusu zərurət yaranacağı təqdirdə İranın müxtəlif bölgələrinə genişmiqyaslı zərbələr endirməyə hazırdır”.
Qeyd edək ki, Donald Tramp iyulun 8-də də İran tərəfindən həyatına qarşı sui-qəsd təhlükəsi olduğunu iddia etmişdi.











