Dördgünlük matəm elan edildi - Bu ölkədə

Dördgünlük matəm elan edildi - Bu ölkədə

Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib.

NOCOMMENT.az TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır.

Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək. Bundan əlavə, iyulun 13-dən nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti dayandırılır. Dövlət qulluqçuları iş başına iyulun 19-da qayıdacaqlar.

Keçmiş monarx üçün cənazə namazı iyulun 12-si axşam saatlarında Dohadakı İmam Məhəmməd bin Əbdül Vəhhab məscidində qılınacaq, daha sonra o, Lusaildəki qəbiristanlıqda dəfn olunacaq. Qətər Əmiri şeyx Təmim bin Həməd Əl Tani iyulun 13-dən 15-dək dövlət başçılarından, hakim ailənin üzvlərindən və ölkə vətəndaşlarından başsağlıqlarını qəbul edəcək.