Əraqçi İslam və ərəb dünyasını birgə addımlara çağırdı – ABŞ-yə qarşı BİRLİK?

Əraqçi İslam və ərəb dünyasını birgə addımlara çağırdı – ABŞ-yə qarşı BİRLİK?

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq institutları simvolik bəyanatlardan imtina edərək əlaqələndirilmiş tədbirlərə keçməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Abbas Əraqçi Qətərdə keçirilən 17-ci Assambleyada çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, region ölkələri suverenliyin qorunması, təcavüzün qarşısının alınması və başqalarına təhdid yaratmadan təhlükəsizliyin təmin olunması üçün birgə fəaliyyət göstərməlidirlər.

Əraqçi regionun güc yolu ilə yenidən bölünməsinin qarşısını almaq məqsədilə hüquqi dəstək, diplomatik təşəbbüslər, iqtisadi tədbirlər və strateji kommunikasiya vasitələri əsasında vahid diplomatik cəbhənin formalaşdırılmasını təklif edib.

Onun sözlərinə görə, yalnız koordinasiyalı və prinsipial mövqe regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunmasına real töhfə verə bilər.

Turab