Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
NOCOMMENT.az xəbər verir ki, məlumatı “TGRT Haber” yayıb.
R.T.Ərdoğanın Türkmənistandakı görüşlərinin davam etdiyi bildirilir.
Xatırladaq ki, Türkiyə rəhbəri bir sıra həmkarları ilə birgə Aşqabadda təşkil olunmuş Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edir.















