Saakaşvili həbsxanadan qayıdış anonsu verdi – bu filmə baxaraq ilhamlanır

Saakaşvili həbsxanadan qayıdış anonsu verdi – bu filmə baxaraq ilhamlanır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanada bu yaxınlarda ekranlara çıxan “Odisseya” filminə baxdığını və filmdə siyasi alleqoriya gördüyünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, Saakaşvili filmin obrazlarını Gürcüstandakı siyasi vəziyyətlə müqayisə edib.

Onun yozumuna görə, Penelopa Gürcüstandakı hakimiyyəti, adaxlılar isə gürcü müxalifətini təcəssüm etdirir. Saakaşvili özünü isə ölkəni bərpa etmək üçün geri qayıtmalı olan Odisseylə müqayisə edib.

“Mənim vəzifəm Gürcüstanı yenidən inkişaf yoluna qaytarmaq, təhsil və səhiyyə sistemlərini, eləcə də dövlət institutlarını bərpa etməkdir. Bunun üçün Odisseyin qayıdışına həqiqətən dəyər”, – Saakaşvili yazıb.