Ərdoğanın oğlu bu paylaşımı ilə GÜNDƏM OLDU - FOTO

Ərdoğanın oğlu bu paylaşımı ilə GÜNDƏM OLDU - FOTO

Türkiyənin tanınmış aktyor və ssenaristi Yılmaz Ərdoğan ilə aktrisa Belçim Bilginin mediadan uzaq böyütdüyü oğulları Rodin Ərdoğan son paylaşımı ilə diqqət mərkəzinə düşüb.

NOCOMMENT.az bildirir ki, 2009-cu ilin dekabrında dünyaya gələn Ərdoğan illər ərzindəki dəyişimi ilə diqqət çəkib.

Saçlarını sarı rəngə boyatdıran Rodin tamamilə fərqli görünüş qazanıb. Məhz bu yeni imici səbəbindən bir çox sosial media istifadəçisi onu “Qalatasaray”ın argentinalı ulduz futbolçusu Mauro İkardiyə bənzədib.

6a2e8c17a657aa4a44e53551.jpg (111 KB)


Futbola xüsusi maraq göstərən Rodin Ərdoğan daha əvvəl verdiyi açıqlamalarda gələcəkdə peşəkar futbolçu olmaq istədiyini bildirmişdi./musavat/