Ermənistan ilə İran arasında TRIPP layihəsi üzrə qarşılıqlı anlaşma əldə olundu

Ermənistan ilə İran arasında TRIPP layihəsi üzrə qarşılıqlı anlaşma əldə olundu

Ermənistan ilə İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.

NOCOMMENT.az xəbər veirr ki, bu barədə “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarqis Xandanyan brifinq zamanı bildirib.

O qeyd edib ki, İran-Amerika münasibətlərindəki gərginliyin bu proqramın icrasına təsir edəcəyini düşünmür: “Dəmir yolu məsələsi gündəmdədir.

Hazırda yerləşmə yeri və məqsədəuyğunluq öyrənilir, yoxlamalar başa çatdıqdan sonra isə tikintiyə başlanılacaq”. Xandanyan əlavə edib ki, heç bir siyasi maneə görmür.