Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən simvolik hədiyyə alıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya prezidenti ABŞ liderinə xokkey şaybası göndərib. Bu barədə ABŞ-ın İncəsənət Komissiyasının sədri və Ağ Ev rəhbərinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı xüsusi elçisi Rodni Mims Kuk “Lenta.ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Donald Tramp üçün simvolik mesaj göndərərək ona xokkey şaybasını çatdırmağı xahiş edib. Diplomat qeyd edib ki, bu jestə səbəb Rusiya liderinin xokkey oynamağa olan marağı olub.
“Bir həftə sonra mən əsl xokkey şaybasını birbaşa Prezident Trampın masasının üstünə qoydum və bu hədiyyə onun çox xoşuna gəldi”, – deyə Rodni Kuk bildirib.
Sara,
NOCOMMENT.az










