Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.