Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı YENİ AÇIQLAMA

Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı YENİ AÇIQLAMA

Ermənistan Konstitusiya Məhkəməsi (KM) parlament seçkilərinin nəticələrinə etirazla bağlı işin baxılmasına başlayıb.

NOCOMMENT.az xəbər verir ki, KM-nin sədri Arman Dilanyan işlə bağlı qərar qəbul etmək üçün vaxtın azaldığını bildirərək, iyulun 4-nün qərar üçün son tarix olduğunu açıqlayıb. Sədr yaranmış vəziyyətlə əlaqədar qeyri-iş günü olan iyunun 27-də iclas keçirilməsini təklif edib. Həmin iclasın yekunlarından asılı olaraq, bazar günü növbəti iclasın zəruriliyi dəqiqləşəcək.

Xatırladaq ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin mübahisələndirilməsi ilə bağlı məhkəmə prosesinə iyunun 26-da start verilib.