Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
NOCOMMENT.az xəbər verir ki, Zaxarova bildirib ki, Paşinyan mövzunu demaqogiya sahəsinə yönəldir, eynilə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını "dondurması" ilə bağlı etdiyi kimi.
"Biz Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 25-də hökumətin iclasında və ondan sonrakı jurnalistlərlə ünsiyyəti zamanı səsləndirdiyi bəyanatlarla tanış olduq. Aydındır ki, Ermənistanın baş naziri söhbəti kənara, demaqogiya sahəsinə yönəldir, necə ki, o, bunu İrəvanın KTMT-də iştirakının sözdə dondurulması ilə bağlı artıq etmişdi", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
Sara,











