Fransa klubunun futbolçusu boğularaq vəfat etdi

Fransa klubunun futbolçusu boğularaq vəfat etdi

Fransanın 2-ci liqasında mübarizə aparan "Gengamp" komandasının oyunçusu Kenzo Kis faciəvi şəkildə dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, 21 yaşlı futbolçu boğularaq vəfat edib.

Hadisə Lion yaxınlığındakı Ron çayında baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, Kis bazar ertəsi günü qızmar istidən qaçmaq üçün üç dostu ilə çayda üzməyə çıxıb.

Xilasedicilər futbolçunun üç dostunu sudan çıxarıb təhlükəsiz yerə çatdıra bildilər. Kenzo Kis isə sonuncu tapılan şəxs olub. O, ağır vəziyyətdə sudan çıxarılıb, lakin həkimlər gəncin həyatını xilas edə bilməyiblər./Unikal/