Ermənistanda seçki saxtakarlığı - Rüşvət verənlər saxlanıldı

Ermənistanda seçki saxtakarlığı - Rüşvət verənlər saxlanıldı

Ermənistanın Anti-Korrupsiya Komitəsi parlament seçkiləri zamanı seçici rüşvətxorluğu ilə bağlı faktların aşkarlandığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Komitəyə daxil olan əməliyyat məlumatları əsasında keçirilən tədbirlər nəticəsində mühüm faktiki materiallar əldə olunub.

Rəsmi məlumata görə, "Güclü Ermənistan" partiyalar alyansından deputatlığa namizəd olan şəxsin parlamnetə keçirilən seçkilərdə sözügedən blokun lehinə səs vermələri şərti ilə Lori mərzinin (vilayətinin) bir qrup sakininə seçki rüşvəti verdiyi müəyyən edilib.

Baş vermiş qanun pozuntusu ilə bağlı artıq bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Müvafiq ünvanlarda axtarışlar aparılıb və digər zəruri prosessual əməliyyat tədbirləri həyata keçirilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.